Bu gündən 2018-2019-cu tədris ili üçün Sumqayıt, Gəncə şəhərləri və Abşeron rayonunda I sinfə ilk dəfə elektron şagird qəbulu başlayıb. Bu gündən 2018-2019-cu tədris ili üçün Sumqayıt, Gəncə şəhərləri və Abşeron rayonunda I sinfə ilk dəfə elektron şagird qəbulu başlayıb.

Valideynlərin nəzərinə - I sinfə elektron şagird qəbulu başladı

Bu gündən 2018-2019-cu tədris ili üçün Sumqayıt, Gəncə şəhərləri və Abşeron rayonunda I sinfə ilk dəfə elektron şagird qəbulu başlayıb.

AzNews.az xəbər verir ki, hər hansı səbəbdən özü elektron qeydiyyatdan keçə bilməyən şəxslər Gəncə şəhəri üzrə 5, Sumqayıt şəhəri üzrə 4, Abşeron rayonu üzrə 6 məktəbdə yaradılmış Alternativ Qeydiyyat Mərkəzlərinə müraciət edə bilərlər.

Eyni zamanda, Gəncə şəhəri üzrə 1, Sumqayıt şəhəri üzrə 1 və Abşeron rayonu üzrə 1 ümumi təhsil müəssisəsində Apelyasiya Komissiyaları təşkil olunub.

Yeni tədris ilində Sumqayıt, Gəncə və Abşeronda lisey və gimnaziyalara uşaqların 1-ci sinfə qəbulu imtahansız keçiriləcək.

Qeyd edək ki, Gəncə, Sumqayıt şəhərləri və Abşeron rayonunda təqribən 16-17 min nəfər şagirdin 1-ci sinfə gedəcəyi gözlənilir.

Xatırladaq ki, Bakı şəhərində I sinfə şagird qəbuluna bu il fevralın 22-də start verilib.

Valideynlər www.mektebeqebul.edu.az saytına daxil olmaqla qeydiyyatdan keçə bilərlər. Elektron sistem vasitəsilə sənəd qəbulu ödənişsizdir.