Qazaxda göldə batan daha bir balıqçının meyiti tapılıb. Qazaxda göldə batan daha bir balıqçının meyiti tapılıb.

Daha bir balıqçının meyiti tapıldı - Yenilənib

Qazaxda göldə batan daha bir balıqçının meyiti tapılıb.

APA-nın qərb bürosunun məlumatına görə, gün ərzində aparılan axtarışlar nəticəsində 1981-ci il təvəllüdlü Omarov Aqif Sadiq oğlunun meyiti aşkarlanıb.

Qeyd edək ki, bu gün xilasedicilər sahildən 400 metr aralıda, 16-17 metr dərinlikdə 1978-ci il təvəllüdlü Məmmədov Elşən Rişad oğlunun meyitini tapıblar.

***

13:34

Qazaxda göldə batan balıqçılardan birinin meyiti tapılıb.

APA-nın qərb bürosunun məlumatına görə, 1978-ci il təvəllüdlü Məmmədov Elşən Rişad oğlunun meyiti sahildən 400 metr aralıda, 16-17 metr dərinlikdə aşkarlanıb.

Digər balıqçı, 1981-ci il təvəllüdlü Omarov Aqif Sadiq oğlunun axtarışları davam edir.

AzNews.az