SOCAR-ın “Azəriqaz” İstehsalat Birliyi Novruz bayramı münasibəti ilə martın 20-dən martın 26-na qədər gücləndirilmiş iş rejimində işləyəcək. SOCAR-ın “Azəriqaz” İstehsalat Birliyi Novruz bayramı münasibəti ilə martın 20-dən martın 26-na qədər gücləndirilmiş iş rejimində işləyəcək.

“Azəriqaz” gücləndirilmiş iş rejimində işləyəcək

SOCAR-ın “Azəriqaz” İstehsalat Birliyi Novruz bayramı münasibəti ilə martın 20-dən martın 26-na qədər gücləndirilmiş iş rejimində işləyəcək.

“Azəriqaz”dan AzNews.az-a verilən məlumata görə, bayram günlərində istehlakçıların təbii qazla fasiləsiz və keyfiyyətli təmin edilməsi, eləcədə “Qaz təsərrüfatında təhlükəsizlik Qaydaları”nın tələblərinə uyğun olaraq qaz təchizatı sisteminə nəzarəti gücləndirmək məqsədi ilə Birlik tərəfindən zəruri tədbirlər həyata keçiriləcək. Belə ki, sutka ərzində 24 saat fəaliyyət göstərən 185 və 104 nömrəli “Çağrı Mərkəzi”nin fəaliyyəti gücləndiriləcək, eyni zamanda Birliyin Təmir-Tikinti İdarəsində, Texniki istismar şöbəsində, Bakı Regional Qaz İstismarı Departamentində, Sumqayıt Qaz istismar sahəsində və Regional Qaz İstismar İdarələrində məsul şəxslərindən ibarət sutkalıq növbətçilik təşkil olunacaq.

“Azəriqaz” İB bütün təbii qaz istehlakçılarını Novruz bayramı münasibətilə təbrik edir və bayram günlərində təbii qazdan istifadə zamanı xüsusi ilə diqqətli olmalarını, texniki təhlükəsizlik qaydalarına ciddi riayət etmələrini xahiş edir.