Bakı şəhəri, Hüseyn Cavid prospektində itən azyaşlı uşaq tapılıb. Bakı şəhəri, Hüseyn Cavid prospektində itən azyaşlı uşaq tapılıb.

Bakıda yoxa çıxan azyaşlı uşaq tapıldı

Bakı şəhəri, Hüseyn Cavid prospektində itən azyaşlı uşaq tapılıb.

AzNews.az Oxu.az-a istinadən xəbər verir ki, nənəsi gilə gedən beş yaşlı Çingiz onların evdə olmadığını görüb və həyətə düşüb.

Evin yaxınlığında yoldan keçən qadın onun təkbaşına gəzdiyini görüb və hara getdiyini soruşub.

Uşaq Yeni Yasamaldakı ev ünvanını bildirib. Qadın onu piyada şəkildə evinə aparan zaman uşağın valideynləri onlarla yolda üzləşib.

Qeyd edək ki, bu gün günorta saatlarında Bakı şəhəri, Hüseyn Cavid prospektində bu azyaşlı itmişdi.