- Köhnə - Cəmiyyət
- 18 Mart 2013 16:21
- 1 723
Təhsil Nazirliyi TQDK-nın rəyinə cavab verdi
Təhsil Nazirliyindən APA-ya verilən xəbərə görə, nazirliyin yekun rəyi bu gün TQDK-ya göndərilib. Təhsil Nazirliyinin 154 səhifədən ibarət cavabına əsasən, 14 dərsliyə rəy verilib. Cavablar 2 sütunda qeyd olunub. Belə ki, birinci hissədə TQDK-nın qeydləri, ikinci hissədə isə nazirliyin ona cavabı qeyd olunub.
Qeyd edək ki, bir müddət öncə TQDK-nın apardığı monitorinqlər nəticəsində 3-cü sinif üzrə "Azərbaycan dili", "Riyaziyyat" və "Həyat bilgisi" dərsliklərinin respublikanın ümumtəhsil məktəblərində istifadəsini məqsədəuyğun saymayıb. Komissiya bu dərsliklərin yenidən hazırlanmalı olmasına dair rəy verib.
AzNews.az