Bu gün Bakıda keçirilən Avropa Mühafizəkarlar və İslahatçılar Alyansının sammitində "Baku Expo 2025"-in təqdimatı keçirilib. Bu gün Bakıda keçirilən Avropa Mühafizəkarlar və İslahatçılar Alyansının sammitində "Baku Expo 2025"-in təqdimatı keçirilib.

“Baku Expo 2025”in təqdimatı oldu

Bu gün Bakıda keçirilən Avropa Mühafizəkarlar və İslahatçılar Alyansının sammitində "Baku Expo 2025"-in təqdimatı keçirilib.

Trend-in məlumatına görə, "Baku Expo 2025"-in xüsusi səfiri Elnur Sultanov təqdimatda çıxış edərək bildirib ki, "Baku Expo 2025" sərgisi qlobal platforma hesab edilməlidir.

E.Sultanov qeyd edib ki, bu sərgi uzunmüddətli strateji məqsədlərin həyata keçirilməsi üçün fürsətdir:

"Baku Expo 2025" sərgisinin sloqanı insan kapitalını inkişaf etdirmək, yaxşı gələcək qurmaqdır. "Baku Expo 2025"-də yaxşı debatlar apara bilərik. Həmin il davamlı inkişaf hədəflərinin qəbul olunmasının 10 illiyini keçirəcəyik".

Onun sözlərinə görə, sərgi unikal platforma yaradacaq ki, hamı 2030-ci il Davamlı inkişaf gündəliyinin məqsədlərini müzakirə edə bilsin".

AzNews.az