Sabiq müdafiə naziri polis əməkdaşlarına qarşı zorakılıq göstərdiyindən saxlanılıb Sabiq müdafiə naziri polis əməkdaşlarına qarşı zorakılıq göstərdiyindən saxlanılıb

DİN-dən Rəhim Qazıyev açıqlaması

Sabiq müdafiə naziri polis əməkdaşlarına qarşı zorakılıq göstərdiyindən saxlanılıb

Daxili İşlər Nazirliyi (DİN) sabiq müdafiə naziri Rəhim Qazıyevin saxlanılması məsələsinə aydınlıq gətirib.

DİN-in mətbuat xidmətindən "Trend"ə bildiriblər ki, polis əməkdaşları axtarışda olan silahlı cinayətkarı tutarkən əməliyyat zamanı Rəhim Qazıyev polislərə etirazını bildirib.

Rəhim Qazıyev polis əməkdaşlarına qarşı zorakılıq göstərdiyindən o saxlanılıb və müvafiq hüquqi prosedurlar həyata keçirildikdən sonra buraxılıb.

Qeyd edək ki, dünən sabiq müdafiə naziri Rəhim Qazıyevin saxlanılması barədə məlumat yayılmışdı.