Cəlilabadda qədim dövrə aid əmək alətləri tapılıb. Cəlilabadda qədim dövrə aid əmək alətləri tapılıb.

Cəlilabadda qədim dövrə aid əşyalar tapılıb - Foto

Cəlilabadda qədim dövrə aid əmək alətləri tapılıb.

APA-nın cənub bürosunun məlumatına görə, rayonun Şatırlı kəndində kənd sakinləri tərəfindən tapılan maddi–mədəniyyət nümünlərindən birinin əkinçilik aləti olduğu ehtimal olunur. Həmin alətdən, iti uclardan ibarət cilalanmış daşa ağac bərkitməklə torpağın qazılması üçün istifadə olunub. Tarixçilər ərazidən tapılmış əmək alətinin nadir mədəniyyət nümünələrindən biri hesab olunduğunu bildirir.

Digər əmək aləti isə qədim insanların daşdan hazırladıqları bıçağın qalıqlarıdır. Yalnız dəstək hissəsi qalan kəsici alətdən bir vaxtlar geniş istifadə olunub.

Şatırlı kəndində qədim dövrlə yanaşı, orta əsrlərə aid olan, üzərində xüsüsi naxışlar və qayçı işarəsi həkk olunmuş daş da tapılıb. Tarixçilərin sözlərinə görə, bu tapıntının aşkar olunması orta əsrlərdə sözügedən ərazidə toxuculuğun ən yüksək mərhələdə inkişaf etdiyini deməyə əsas verir.

image description