İmişli rayonunda pambıq tarlasında zəhərlənmə ilə bağlı xəstəxanaya ümumilikdə 141 nəfər müraciət edib. İmişli rayonunda pambıq tarlasında zəhərlənmə ilə bağlı xəstəxanaya ümumilikdə 141 nəfər müraciət edib.

Səhiyyə Nazirliyi pambıq tarlasında zəhərlənənlərin sayını açıqladı - 141 nəfər...

İmişli rayonunda pambıq tarlasında zəhərlənmə ilə bağlı xəstəxanaya ümumilikdə 141 nəfər müraciət edib.

Bu barədə AzNews.az-a Səhiyyə Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Səfayə Əhmədova bildirib. Onun sözlərinə görə, xəstəxanaya müraciət edənlərin əksəriyyəti evə buraxılıb:

“Hazırda xəstəxanada 12 nəfər müalicə olunur. Müraciət edənlərin əksəriyyətinə ambulator yardım göstərilərək evə buraxılıb. Xəstəxanada qalan xəstələrin isə vəziyyətləri normaldır”.

S.Əhmədova bildirib ki, analizlərin nəticələri açıqlanandan sonra hadisənin hansı səbəbdən baş verməsi məlum olacaq.

Xatırladaq ki, İmişli rayonunda pambıq tarlasında kütləvi zəhərlənmə hadisəsi baş verib.

Bahar RÜSTƏMLİ
AzNews.az