“Cənubi Azərbaycan yoxdur və olmayacaq” “Cənubi Azərbaycan yoxdur və olmayacaq”

İki deputatın Araz davası

“Cənubi Azərbaycan yoxdur və olmayacaq”



İran İslam Şurası Məclisinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komissiyasının vitse-prezidenti Mənsur Həqiqətpur YAP icra katibinin müavini, Milli Məclisin deputatı Siyavuş Novruzova növbəti cavab məktubunu göndərib.

Modern.az bildirir ki, iranlı deputat S. Novruzovun ötən cavabında toxunduğu bir sıra ittihamları cavalandırıb. Məktubun tonundan hiss olunur ki, S. Novruzovun "Cənubi Azərbaycanın parlamentinin sədri olan kimi Həqiqətpuru qəbul edəcəyəm" sözləri iranlı deputatı yaman tutub.

"Cənubi Azərbaycan yoxdur və olmayacaq"

Məktubda azərbaycanlıları "qəfim İran mədəniyyətinin bir hissəsi" adlandıran Həqiqətpur S.Novruzovu Novruz bayramı münasibəti ilə təbrik edib və dərhal da ittihamlar yağıdırıb.

"Öz cavabınızda Cənubi Azərbaycan terminindən və ona müstəqillik arzu etməyinizdən söz açmısınız. Bu termin bu günlərdə Arazın şimal tərəfinin ədəbiyyatında istifadə olunsa da, siz tarix və ədəbiyyatdan məlumatlı olmağınızı iddia edən bir deputat kimi gərək bu terminin elmi əsaslarını və sənədlərini aydınlaşdırasınız. Xəritələrdə, tarixi sənədlərdə bu adda bir ərazi olubmu? Gülüstan və Türkmənçay müqavilələrində belə bir termin mövcuddurmu?"-deyə iranlı deputat idda edib ki, elmi sənədlərdə, xəritədə, yerli və şərqşünas müəlliflərin qələmə aldığı tarixi, coğrafi kitablarda, səfərnamələrdə Şimali və ya Cənubi Azərbaycan termini yoxdur.

İki deputatın Araz davası

Daha sonra S. Novruzovun "Araz çayı ayrılıq çayıdır" deyərək orada görüşmək təklifindən imtina etməsini həzm edə bilməyən Həqiqətpur həmkarını "Arazın sahilində vədə verilmiş görüşdən qaçmaqda" günahlandırıb.

"Mütləq bilirsən ki, Arazın şimalının tarixi Azərbaycandan ayrılması məhz siyasi olub və bu da rus çarlığının işğalçılığı əsasında məntəqəyə tətbiq edilib. İki əsr keçməsinə baxmayaraq hələ də Arazın Şimal və Cənubu arasında mədəni və mənəvi bağlılıq tamamilə aradan getməyib, Arazın Şimal əhalisi hələ də İranın Təbriz, Məşhəd kimi şəhərlərinə özlərinin ideal şəhərləri kimi baxırlar. Əgər siz yuxarıda qeyd etdiyim görüşə hazır olsaydınız, Azərbaycan xalqı ilə həmfikir olduğunuzu göstərəcəkdiniz. Heyf ki, gerçəkləşmədi".

Həqiqətpurdan istehza: "Cənubi Azərbaycan parlamenti xəyalplovdur"

Daha sonra Həqiqətpur "Cənubi Azərbaycan parlamenti" ifadəsini ələ salaraq S. Novruzovun dediklərini "xəyalpərəstlik adlandırıb. "Arzu etmisən ki, Təbrizdə, ulu babalarının yurduna gəlib və Cənubi Azərbaycanın parlamentinin sədri olduqdan sonra mənimlə orada görüşəsən. Güman edirəm bu xəyalpərəstlik ki, səndə var parlamentin yerinə incəsənət kateqoriyalarının birində Bakı dövlətinə xidmət etsən, bəlkə uğur qazanarsan. Əlbəttə, sənin bəlkə də istəmədən öz kökünə, əcdadlarına etirafın dəyərlidir. Siz Təbrizi öz ulu babalarınızın şəhəri adlandıra bilərsiniz. Çünki Təbriz İranın ən əhəmiyyətli şəhərlərindən biri olaraq Gülüstan və Türkmənçay müqavilələrindən qabaq həmişə İranın şimal-qərbinin siyasi və ictimai məkrəzi kimi diqqəti çəkib, xüsusilə də Arazın şimal əhalisi ona mərkəz kimi baxıblar.

Hansı psixi şəraitdə özünüzün Cənubi Azərbaycanın parlamentinin sədrliyi arzusunda olduğunuzu açıqlamağınızı bilmirəm. Amma gülünc doğuran bu açıqlamanız Təbrizi və onun qeyrətli əhalisini özünüzü ona bağlı bildiyiniz bir şəhər yox, hətta qonşu bir şəhər həddində də tanımadığınızı sübuta yetirdi".

Pirkeşküldə yaşayan Qarabağ "açarı"

Daha sonra həmkarını "yuxu gördüyünü" deyən Həqiqətpur "Qarabağ həqiqətərini" öyrənmək üçün Bakıda bir neçə nəfərlə görüşməyi təklif edir.
"Qarabağ həqiqətlərini öyrənmək üçün cənab Məmmədrəfi və Qarabağ müharibəsi zamanı Nazirlər Kabinetinin üzvü olan cənab dayının sorağına getdinmi? Onlardan əlavə, Bakının Pirəküşkül kəndində yaşayan cənab Orucovdan da Qarabağ barədə soruşa bilərsən. Gələcək məktublarımda digər adları da açıqlayacam".


AzTV-dən canlı efir tələbi


Daha sonra Həqiqətpur AzTV-yə müraciət edərək canlı efirə çıxmağa və "Qarabağ həqiqətlərini bəyan etməyə" hazır olduğunu bildirib. "Qarabağ barədə çoxlu deyilməmiş sirlərim vardır ki, tədricən və zamanın istəyinə uyğun olaraq onlardan danışacağam".

S.Novruzovun "Həqiqətpura açacağım Azərbaycan məktəblərində doğma dilmizi öyrədəcəyəm" deməsi iranlı deputatı özündən çıxarıb.

"Cənubi Azərbaycanın parlamentinin sədri olanda orada Azərbaycan dilini, Azərbaycan əlifbasını öyrədən məktəblərin açılmasını təşkil edəcəyinizi demisiniz. Bu xəyali məktəblərdən məqsədiniz kommunistlərin siyasətlərinin təkrarıdırmı?"-deyə sual edən Həqiqətpur idda edib ki, məhz fars əlifbasından imtina etdikdən sonra azərbaycanlılar "özünün iftixarlı keçmiş ədəbi, tarixi və dini əsərlərindən vasitəsiz bəhrələnməkdən məhrum olublar, Nizami Gəncəvinin dərin şeirlərindən və digər alim və mütəfəkkirlərin əsərlərindən istifadə etmək üçün naqis, bəzən də təhrif olunmuş tərcümə ilə kifayətlənməyə məcburdurlar".

AzNews.az