- Dünyanın halı
- 09:02
- 986
Vanuatu sahillərində 6,5 maqnitudada zəlzələ olub
Sakit Okeanda Vanuatu Respublikasına məxsus olan Espiritu-Santo adasının qərb sahilində 6,5 maqnitudada zəlzələ qeydə alınıb.
Aznews.az xəbər verir ki, bu barədə ABŞ-nin Geologiya Xidməti xəbər yayıb.
Məlumata görə, zəlzələnin episentri Port-Olri şəhərindən 59 kilometr qərbdə, ocağı isə 10 kilometr dərinlikdə yerləşib.
Tələfat və ya dağıntı barədə məlumat verilmir. Sunami təhlükəsi elan olunmayıb.