Ordu günümüz həqiqətən də qürürlu və duyğulu bir gündür - Fazil Mustafa

Hamını razı salan siyasətçi olmaq mümkün deyil, çünki, düşüncə və dünyagörüş fərqliliyinə görə özünə çoxlu düşmən qazana bilərsən, ancaq əsgərə dəyər verən komandir olmaq insanın öz əlindədədir.

AzNews.az xəbər verir ki, bu sözləri Milli Məclisin deputatı Fazil Mustafa 26 iyun - Azərbaycan Silahlı Qüvvələr Gününə münasibət bildirərkən deyib:

"Mənim ən çox sevdiyim təsadüflərdən biri haqqında burada qeyd etmək istəyirəm. Haradasa bir tədbirdə, yaxud yolda yürüyərkən kimsə saxlayıb deyir ki, müəllim, mən filan hərbi hissədə sizin əsgəriniz olmuşam. Yaxud da sizinlə bir yerdə xidmət etmişəm. Üzdən bir çoxunu xatırlamasam da, bir şeyə sevinirəm ki, istənilən əsgərimlə alnıaçıq görüşüb hal-əhval tuta bilirəm.

Depuat qeyd edib ki, hamını razı salan siyasətçi olmaq mümkün deyil, çünki, düşüncə və dünyagörüş fərqliliyinə görə özünə çoxlu düşmən qazana bilərsən, ancaq əsgərə dəyər verən komandir olmaq insanın öz əlindədədir:

"Həyatımın 2 il 2 ayını Sovet ordusunda əsgər kimi, 1 il 6 ayını da Azərbaycan ordusunda ön xətdə zabit kimi xidmətdə keçirmişəm, Allahıma şükürlər olsun ki,hər iki xidmətdə də Azərbaycanın adını ucaldacaq faydalı işlər görə bilmişəm. Ona görə də Ordu Günündə Böyük Azərbaycan əsgərini öz əzizim, doğmam kimi salamlayıram. Çox istərdim ki, isnanlarımız Azərbaycan ordusuna hər zaman güvənsinlər!".

Elgün
AzNews.az