Bakı İdarəetmə və Texnologiya Kollecində (BİTKol) Məzun Günü keçirilib. Bakı İdarəetmə və Texnologiya Kollecində (BİTKol) Məzun Günü keçirilib.

Kollecdə Məzun Günü keçirilib - Fotolar

Bakı İdarəetmə və Texnologiya Kollecində (BİTKol) Məzun Günü keçirilib.

Bu münasibətlə kollecin həyətində təşkil olunmuş tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Sonra tədbiri giriş sözü ilə təhsil müəssisəsinin direktoru, filologiya üzrə fəlsəfə doktoru, Əməkdar müəllim Faiq Şahbazlı açıb. O, kolleci 14 ixtisas və 31 qrup üzrə 516 tələbənin bitirdiyini diqqətə çatdırıb. Direktor məzunları təbrik edib, onlara gələcək həyatlarında uğurlar arzulayıb.

Kollecin Servis xidməti şöbəsinin müdiri Təranə Vəliyeva, Proqramlaşdırma və kompüter şəbəkələri şöbəsinin müdiri Fatma Əzizbəyova, valideyn Arzu Səlimova da çıxış edərək, təhsilini başa vuran gəncləri təbrik edib, onlara ürək sözlərini çatdırıblar. Bundan başqa, məzunlardan Sara Abbasquliyeva, Uğur Məmmədov, Aybəniz Musayeva, Ləman Quliyeva, Lalə Sultanova, Oruc Məhərrəmov, Turan Alıyeva və başqaları gələcək həyatlarında, o cümlədən peşə ixtisası üzrə fəaliyyətlərində onlara olan etimadı doğruldacaqlarını vurğulayıblar.

Çıxışlardan sonra tədbir bədii hissə ilə davam etdirilib.

AzNews.az