Gəncə şəhərində və ətraf rayonlarda elektrik enerjisinin verilməsi tam bərpa olunub. Gəncə şəhərində və ətraf rayonlarda elektrik enerjisinin verilməsi tam bərpa olunub.

Gəncədə elektrik enerjisinin verilişi tam bərpa edildi

Gəncə şəhərində və ətraf rayonlarda elektrik enerjisinin verilməsi tam bərpa olunub.

AzNews.az Report-a istinadən xəbər verir ki, “Azərbaycan” İstilik Elektrik Stansiyasında (İES) baş vermiş qəza səbəbindən bu gün səhər saat 06:30 radələrindən Gəncə şəhərində dayandırılmış elektrik enerjisinin verilişi, təxminən, 11 saatdan sonra tamamilə bərpa edilib.

Hazırda Gəncə şəhəri və ətraf rayonlarda elektrik enerjisinin verilişində hər hansı problemin olmadığı bildirilir.

Xatırladaq ki, hava şəraitinin kəskin dərəcədə dəyişməsi, temperaturun yüksək həddə çatması nəticəsində əhalinin elektrik enerjisindən həddən artıq istifadə etməsi ilə əlaqədar iyulun 2-dən 3-nə keçən gecə Mingəçevirdəki “Azərbaycan” İES-in yarımstansiyasında cərəyan transformatoru sıradan çıxıb və nəticədə Bakının, eləcə də ölkənin əksər rayonlarında elektrik enerjisinin verilişi dayanmışdı.

Prezident İlham Əliyevin sərəncamı ilə “Azərbaycan İstilik Elektrik Stansiyası” MMC-nin yarımstansiyalarından birində baş vermiş qəza ilə əlaqədar Dövlət Komissiyası yaradılıb. Dövlət Komissiyasına hadisənin baş verməsi səbəblərini araşdırmaq və bu barədə Azərbaycan Prezidentini məlumatlandırmaq, qəzanın nəticələrinin aradan qaldırılması üçün təxirəsalınmaz tədbirlər müəyyənləşdirmək və həyata keçirmək, görülmüş işlər haqqında dövlət başçısına mütəmadi məlumat vermək tapşırılıb.