Məmməd Əzizovun məhkəməsi olacaq

"Nida" təşkilatının həbsdə olan üzvü Məmməd Əzizovun məhkəməsi olacaq. Bu barədə hərəkatın mətbuat xidmətindən məlumat verilib.

Məlumatda bildirilir ki, məhkəmə martın 27-si saat 14:30-da Apellyasiya Məhkəməsində keçiriləcək: "Məmməd Əzizovun ev dustaqlığına buraxılması ilə bağlı Nəsimi rayon Məhkəməsinin qərarından şikayət verilib. Məmməd Əzizovun məhkəməyə gətirilməsi gözlənilir".

Qeyd edək ki, "Nida" hərəkatının 4 üzvü – Məmməd Əzizov, Rəşad Həsənov, Bəxtiyar Quliyev və Şahin Həsənli şərlənərək həbs olunub. "Amnesty İnternational" beynəlxalq təşkilatı 4 gəncin həbsini siyasi sifariş hesab edir və onların dərhal azadlığa buraxılmasını tələb edir. Adıçəkilən təşkilat gəncləri vicdan məhbusu elan edib.

AzNews.az