Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) Bakı şəhərinin subasma sahələrində vəziyyəti açıqlayıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) Bakı şəhərinin subasma sahələrində vəziyyəti açıqlayıb.

ETSN Bakıdakı subasma sahələrində vəziyyəti açıqlayıb

Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) Bakı şəhərinin subasma sahələrində vəziyyəti açıqlayıb.

ETSN-nin Milli Geoloji Kəşfiyyat Xidmətinin geoloji planlama ekspedisiyasının rəisi Əziz Qaralov APA-ya bildirib ki, Binəqədi birinci mədən yaşayış sahəsi və Binəqədi qəsəbəsi, Məlikaslanov küçəsi və ətraf ərazilərdə subasma prosesinin dinamikasında stabil gərginlik müşahidə olunur.

Ekspedisiya rəisi qeyd edib ki, Maştağa-Zabrat, Şuşa şəhərciyi, Daş karxanası yaşayış massivi, Zabrat-Məhəmmədi, Savalan və Qala qəsəbəsində subasma proseslərinin dinamikasında da stabil gərginlik müşahidə edilməkdədir.