İctimaiyyətdə iki polis əməkdaşının qətlində şübhəli bilinən və iyulun 13-də keçirilən əməliyyat zamanı silahlı müqavimət göstərdiyindən yerində məhv edilən terrorçu Rəşad Böyükkişiyevin dini adət-ənənələrə uyğun olaraq müsəlman qəbirstanlığında dəfn edilməsini yolverilməz sayanlara çox rast gəlinir. İctimaiyyətdə iki polis əməkdaşının qətlində şübhəli bilinən və iyulun 13-də keçirilən əməliyyat zamanı silahlı müqavimət göstərdiyindən yerində məhv edilən terrorçu Rəşad Böyükkişiyevin dini adət-ənənələrə uyğun olaraq müsəlman qəbirstanlığında dəfn edilməsini yolverilməz sayanlara çox rast gəlinir.

"Terrorçunun müsəlman adət-ənənəsi ilə dəfn olunmasının əleyhinəyəm" - Bəhruz Quliyev

İctimaiyyətdə iki polis əməkdaşının qətlində şübhəli bilinən və iyulun 13-də keçirilən əməliyyat zamanı silahlı müqavimət göstərdiyindən yerində məhv edilən terrorçu Rəşad Böyükkişiyevin dini adət-ənənələrə uyğun olaraq müsəlman qəbirstanlığında dəfn edilməsini yolverilməz sayanlara çox rast gəlinir.

“Səs” qəzetinin baş redaktoru Bəhruz Quliyev AzNews.az-a açıqlamasında bildirdi ki, Azərbaycan dövlətinə, xalqına qarşı təhdidlər qəbulolunmazdır:

"Xüsusilə də, biləndə ki bu hansısa dövlət və ya qurplaşma tərəfindən təşkil olunub, idarə edilib və bunun bir teror hadisəsi olduğu təsdiqlənib, o halda belə hadisələri törədən terrorçunun digər Azərbaycan vətəndaşı kimi müsəlman adət-ənənəi ilə dəfn olunmasının əleyhinəyəm. Ona görə ki, belələri terroristdirlər, vətən xainləridirlər. Qoy xəyanətkarlar o dünyada belə öz xəyanətlərinin cavabını versinlər. Bu mənada bir terrorçunun müsəlman adət-ənəənəsi ilə dəfn olunmamasının yolverilməz olduğunu hesab edən ictimai fikirlə, ictimai qınaqla razıyam. Bilirsiniz ki, Türkiyədə xalq düşmənləri üçün ayrıca bir qəbirstanlıq var. Vətəninə, millətinə dönük çıxanlar məhz orada dəfn olunurlar. Hesab edirəm ki, bizdə də Vətəninə, dövlətinə xəyanət edən insanları belə bir formada dəfn eləmək lazımdır".

B.Quliyev vurğuladı ki, Azərbaycanda həyata keçirilən son terror aktının sifarişçiləri bunu hətta xalq qəhrəmanı kimi qələmə verməyə çalışdılar. Çox təəssüf ki, hələ də kənardan müxtəlif insanların əli ilə, sifarişi ilə öz nankor istəklərini həyata keçirmək istəyən qüvvələr var. Amma ən yaxşı hal odur ki, Azərbaycan xalqı dövlətinin yanındadır. Xalqımız bu cür təhdidlərin, ixtişaşların ardınca getmir, əksinə, pisləyir. Gəncə hadisələri bir daha göstərdi ki, gəncəlilər, o cümlədən, Azərbaycan ictimaiyyəti bu kimi tendensiyanın qəti əleyhinədir.

Elgün
AzNews.az