“Azərbaycan dövlətinin əleyhinə fəaliyyət göstərən saytlar və səhifələrlə bağlı daha prinsipial davranış sərgiləmək vacibdir”. “Azərbaycan dövlətinin əleyhinə fəaliyyət göstərən saytlar və səhifələrlə bağlı daha prinsipial davranış sərgiləmək vacibdir”.

“Bu media qurumları dövlət maraqlarımıza zidd fəaliyyətlə məşğuldur” - Millət vəkili

“Azərbaycan dövlətinin əleyhinə fəaliyyət göstərən saytlar və səhifələrlə bağlı daha prinsipial davranış sərgiləmək vacibdir”.

AzNews.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Fazil Mustafa deyib. Onun sözlərinə görə, bu məsələdə qətiyyən "xaltura" etmək olmaz:

“Söhbət tənqidi mediadan getmir, iğtişaşa, milli və dini irqi ayrıseçkiliyə, dövlət quruluşuna qarşı zorakılığa səsləyən saytlarla yanaşı, xurafatı, mövhumatı, təriqətçiliyi və məzhəbçiliyi təbliğ edən saytlara qarşı da ciddi mövqe ortaya qoyulmalıdır. Bloklanması nəzərdə tutulan quruluşların siyahısında nədənsə "İslam", "İslamın səsi" kimi saytları, habelə "bizim mentalitet.az" səhifəsinin də adlarına rast gəlmədim. Bunlar da dövlət maraqlarımıza zidd olan fəaliyyətlərlə məşğuldurlar və burada yerləşdirilən materiallar diqqətlə izlənilsə, anlaşılar ki, xaricdən alınan çox ciddi təlimatlarla gizli niyyətlərindən diqqət yayındıra bilirlər. İnformasiya məkanında qətiyyən uduzmaq olmaz”.

Bahar RÜSTƏMLİ
AzNews.az