Tramp İran ordusunu təslim olmağa çağırdı - SON ANDA

BŞ Prezidenti Donald Tramp İran Silahlı Qüvvələrinin və İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) hərbçilərini, eləcə də polis əməkdaşlarını silahı yerə qoymağa çağırıb.

O, bu barədə “Truth Social” platformasında yazıb.

“Bir daha SEPAH-ı, İran hərbçilərini və polisi silahı yerə qoymağa və tam toxunulmazlıq əldə etməyə çağırıram. Əks halda, onları qaçılmaz ölüm gözləyir”, –Tramp qeyd edib.

ABŞ Prezidenti döyüş əməliyyatlarının məqsədə çatana qədər davam edəcəyini də vurğulayıb.

AzNews.az