- Siyasi müzakirə
- 00:19
- 2 667
"Ərafi müvəqqətidir" - Taleh Əliyev
"Ayətullah Əli Xamenei vəfat etdikdən sonra, İran İslam Respublikasının Konstitusiyasına uyğun olaraq ölkədə ali hakimiyyətin davamlılığını təmin etmək məqsədilə üç nəfərdən ibarət Müvəqqəti İdarəçilik Şurası formalaşdırılmalıdır. Bu şuraya hazırkı prezident, məhkəmə hakimiyyətinin rəhbəri və Nəzarətçilər Şurasının üzvü olan bir şəxs daxil olmalıdır. Həmin üzv isə ali dini lideri seçmək səlahiyyətinə malik olan Ekspertlər Məclisi tərəfindən müəyyən edilir".
Bu barədə Ümid Partiyasının funksioneri Taleh Əliyev açıqlama verib. O, deyib:
"Ekspertlər Məclisinin iclasında Müvəqqəti İdarəçilik Şurasına üzv seçilən Ayətullah Əli Rza Ərafi həm Nəzarətçilər Şurasının, həm də Ekspertlər Məclisinin üzvüdür. Qeyd etmək vacibdir ki, Ayətullah Əli Rza Ərafi mərhum ali dini liderin səlahiyyətlərini təkbaşına və müvəqqəti icra edən şəxs deyil. O, Şuranın digər iki üzvü ilə eyni hüquq və səlahiyyətlərə malikdir.
Müvəqqəti İdarəçilik Şurasının əsas vəzifəsi yeni ali dini lider seçilənədək ölkədə ali hakimiyyət funksiyalarının kollegial şəkildə həyata keçirilməsini təmin etməkdir.
Şəxsi qənaətimə görə, əgər İran İslam Respublikası mövcud müharibə şəraitindən salamat çıxarsa (bu ehtimalı isə çox aşağı hesab edirəm), yeni ali dini liderin Ayətullah Əli Rza Ərafi olacağı inandırıcı görünmür. O, daha çox keçid dövrünün simvolik fiqurunu (dövrümüzün Yusif Sərracına bənzəyir) xatırladır, nəinki gələcək ali dini lider obrazını".
AzNews.az