Goranboyda 4 uşaq anasının evini tərk etməsi ilə bağlı saytımıza yeni məlumat daxil olub. Goranboyda 4 uşaq anasının evini tərk etməsi ilə bağlı saytımıza yeni məlumat daxil olub.

Evdən qaçan 4 uşaq anasının həyat yoldaşı: “Qayıdanda eşitdim ki...”

Goranboyda 4 uşaq anasının evini tərk etməsi ilə bağlı saytımıza yeni məlumat daxil olub.

Elvira Əzizovanın həyat yoldaşı Murtuz Əzizov AzNews.az-a açıqlamasında bildirib ki, həyat yoldaşı ilə aralarında söz-söhbət düşüb və ondan sonra gəlin evdən qaçıb:

“Münasibətimiz çox yaxşı olub. Mən ölmüş onun getməsənin səbəbini bir bilsəm... axı niyə gedib? Mən cəhənnəm, bəs bu 4 uşağını düşünmədi? Mənim içim yanır. Bəlkə kimsə başını yeyib, kənardan nəsə deyib?"

Həyat yoldaşının çox savadsız olduğunu qeyd edən Murtuz bildirib ki, Elviranın əvvəllər telefonu da olmayıb: "Yalnız iyunun 9-da məndən xəbərsiz özünə telefon almışdı. O qədər savadsızdır, inanın, əlinə 10 manat pul versəz, bilməyəcək nə qədərdir".

M.Əzizov onu da vurğulayıb ki, həyat yoldaşının səhhətində heç bir problem olmayıb. Hələ 3 yaşında anası ilə atası ayrılıb. Elviranı ata nənəsi saxlayıb: "Mən də evin tək oğlu, 17 yaşında onu alıb evimə gətirdim. Anam ali təhsilli müəllimə, atam sürücüdür. Halal zəhmətimizlə dolanırıq. Evdə ona "gözün üstə qaşın var" deyən olmayıb. Sadəcə, telefon üstündə danlanıb. Telefonu aldım əlindən, dedim ki, Elvira, uşaqlara yemək ver, bir saata kimi gələcəm. Qayıdanda eşitdim ki, evdən gedib”.

Qeyd edək ki, Goranboy rayonunda 23 yaşlı qadın itkin düşüb. Rayonun Tatarlı kənd sakini Elvira İmran qızı Əzizova 5 gün öncə günorta saatlarında evdən gedib.

Bahar RÜSTƏMLİ
AzNews.az