Xətayi rayonunda Naximov küçəsində aparılan təmir işləri davam etdirilir Xətayi rayonunda Naximov küçəsində aparılan təmir işləri davam etdirilir

Təmirə bağlanmış küçələrdən biri istifadəyə veriləcək

Xətayi rayonunda Naximov küçəsində aparılan təmir işləri davam etdirilir


Yaxın 3-4 gün ərzində təmir işlərinin başa çatdırılması planlaşdırılır. Bu "Azəryolservis" ASC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyev məlumat verib.

Onun sözlərinə görə, ümumi uzunluğu 2 810 metr təşkil edən küçənin müxtəlif hissələrində genişləndirmə işləri aparılıb. Belə ki, əvvəllər küçənin bəzi yerlərinin eni 5-6 metr təşkil edirdisə, hazırda bu, 10-12 metrədək genişləndirilib.

Mürsəliyev deyib ki, Naximov küçəsində bütün beton bordyurlar dəyişdirilib, piyadalar üçün səki salınıb və artıq 2 km yol asfaltlanıb.

O, həmçinin əlavə edib ki, Xətai rayonu ərazisində yaxın bir neçə ay ərzində - Xocalı prospektində, Nəcəfqulu Rəfiyev, Fəzail Bayramov küçələri və digər yerlərdə təmir işləri həyata keçirilib.

AzNews.az