Təhsil aldığı məktəbdə 700 bal toplayan ilk məzun - Foto

“700 bal topladığımı biləndə inanmadım”.

AzNews.az xəbər verir ki, bunu Oxu.az-a açıqlamasında Bakı şəhəri 6 nömrəli məktəb-liseyinin məzunu Nərmin Əhədova bildirib.

Onun sözlərinə görə, bundan əvvəlki qəbul imtahanında 657 bal toplayıb:

“700 bal toplayacağımı gözləmirdim. Çox sevindim.Bakalavr təhsilimi Azərbaycan Tibb Universitetində alacam. Daha sonra təhsilimi Almaniyada davam etdirmək istəyirəm”.

Nərmin Əhədova qeyd edib ki, oxuduğu məktəbin tarixində ilk 700 bal toplayan məzun olub.

Qeyd edək ki, Dövlət İmtahan Mərkəzi iyulun 18-də I və IV ixtisas qruplarının abituriyentləri üçün keçirdiyi qəbul imtahanlarının nəticələrini elan edib. 15 nəfər 700 bal toplayıb.