Abşeronda təbii qaz təchizatında məhdudiyyət olacaq

Abşeron rayonunun təbii qaz təchizatında məhdudiyyət olacaq.

“Azəriqaz” İB-dən AzNews-a verilən məlumata görə, sabah saat 10:00-dan Abşeron rayonu, Xırdalan şəhəri, Hökməli, Atyalı, Qobu, Daş-Güzdək, Aşağı-Güzdək və Çiçək qəsəbələrinin bir hissəsində təbii qazın verilişində fasilələr yaranacaq.

Fasilələr istehlakçıların təhlükəsiz və dayanıqlı təbii qaz təchizatının təmin edilməsi məqsədilə Qaz Paylaıcı Stansiya-da tənzimləyicinin təmiri, At yalı kollektorundan Qobu qəsəbəsinə gedən qaz xətti üzərində quraşdırılmış diametri 150 mm-lik siyirtmədə aşkar olunmuş qaz sızmasının aradan qaldırılması ilə əlaqədardır.