- Köhnə - Cəmiyyət
- 26 Mart 2013 11:52
- 2 902
42 yaşlı kişi özündən iki dəfə kiçik qızı qaçırtdı – İMİŞLİDƏ

Hadisədən dərhal sonra Beyləqana aparılan gənc qızın anası kişinin cəzalandırılmasına yardım etmək üçün təşkilata müraciət edib: "Ananın bildirdiyinə görə, qızı qaçıran şəxs onu Beyləqan rayonuna aparıb. Ailəsi qızı Beyləqanda taparaq evə qaytarıb. Ancaq qızı qaçıran 42 yaşlı kişi ilə bağlı heç bir tədbir görülmədiyindən yardım üçün ana "Təmiz dünya"ya müraciət edib".
Ananın müraciətindən sonra birliyin iki nümayədəsi İmişliyə gedərək vəziyyətlə tanış olub, Beyləqan rayon prokurorluğuna müraciət edilib. Bundan sonra 21 yaşlı qızı qaçıran 42 yaşlı kişiyə cinayət işi açılıb.
Elnarə Əlosmanqızı
AzNews.az