Bir neçə gün öncə Qubanın Qəçrəş kəndində ağac kölgəsini ərəb turistə 5 manata satan gənc haqqında xəbər medianın gündəminə çevrilmişdi. Məsələ 4 gün öncə qapanıb desək də, 5 manat alan gənc tərəfindən qapanmayıbmış. Bir neçə gün öncə Qubanın Qəçrəş kəndində ağac kölgəsini ərəb turistə 5 manata satan gənc haqqında xəbər medianın gündəminə çevrilmişdi. Məsələ 4 gün öncə qapanıb desək də, 5 manat alan gənc tərəfindən qapanmayıbmış.

Ağac kölgəsini 5 manata ərəbə satan gənc DANIŞDI - VİDEO

Bir neçə gün öncə Qubanın Qəçrəş kəndində ağac kölgəsini ərəb turistə 5 manata satan gənc haqqında xəbər medianın gündəminə çevrilmişdi. Məsələ 4 gün öncə qapanıb desək də, 5 manat alan gənc tərəfindən qapanmayıbmış.

AzNews.az xəbər verir ki, həmin gənc bu gün News24.az redaksiyasına zəng edib, öz narazılığını bildirib.

Zaman Niftəliyev adlı bu şəxs deyib ki, hər kəs məsləyə yalnış tərəfdən yaxınlaşıb. İnsanların məsələdən tam xəbərdar olmadan kobud şərhlər yazması onu bu zəngə vadar edib:

“Həmin ərazi mənim həyətyani sahəmin bir hissəsidir. 3 ildir burda 2 masa qoyub gəlib-gedənlərə qulluq edirəm. Samovar çayı verirəm. Bu vaxta qədər kimsə məndən şikayət etməyib. Mən bura qoyduğum iki masanın yox, dəmlədiyim samovar çayının pulunu alıram. Bir neçə gün bundan qabaq bura ərəblər gəldi. Əvvəlcədən çayın qiymətini soruşdular. Mən də onlara çayın qiymətinin 5 manat olduğunu dedim. Çayi içib qalxdıqdan sonra masaya 2 manat atdılar. Mən də onlara əvvəlcədən bu çayın qiymətinin 5 manat olduğunu bildirdiyimi dedim. Mənə 2 manat lazım deyil. Ondan sonra 5 manat verdilər”. – deyə Zaman Niftəliyev bildirib.