- Köhnə - Cəmiyyət
- 28 Mart 2013 09:04
- 1 767
Abituriyentlərin nəzərinə

TQDK-nın mətbuat xidmətindən apa-ya verilən xəbərə görə, sınaq imtahanlarına yazılış bu gün saat 9:00-dan etibarən aparılır. Sınaq imtahanına yazılmaq üçün nəzərdə tutulmuş virtual ödəmə kartlarını SMS-lə əldə etmək istəyən şəxslər Azercell, Bakcell və Nar Mobile nömrələrindən 7735 nömrəsinə SMS göndərməlidirlər. SMS-ə cavab olaraq abonentin telefonuna kartın seriya nömrəsi və Pin kodu göstərilən virtual ödəmə kartı daxil olacaq. Balansdan 3 manat 54 qəpik məbləğ çıxılacaq.
Qeyd edək ki, ali təhsil müəssisələrinin bakalavr səviyyəsi üzrə sınaq imtahanları aprelin 7-dən mayın 26-dək keçiriləcək. Bu müddətdə ümumilikdə 7 sınaq imtahanı keçiriləcək, onların 3-ü təkrar, 4-ü isə yeni olacaq.
AzNews.az