- Köhnə - Cəmiyyət
- 29 Mart 2013 12:17
- 2 422
Erməni əsirliyində olan əsgərlə görüş

Bu barədə APA-ya BQXK-nin Azərbaycan nümayəndəliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri İlahə Hüseynova bildirib. Onun sözlərinə görə, başçəkmə martın 27-də olub. Əsirə ailəsindən məlumatlar çatdırılıb. Ondan isə ailəyə məlumat verilib.
Qeyd edək ki, Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, 1992-ci il təvəllüdlü Fərəcov Firuz Mirzə oğlu 2012-ci ilin iyulunda qoşunların təmas xəttinin Tovuz rayonu istiqamətində azaraq erməni silahlı bölmələrinə əsir düşüb.
AzNews.az