- Köhnə - Cəmiyyət
- 10 Sentyabr 2018 16:56
- 7 209
İqtisad Universitetinə yeni mətbuat katibi təyin olunub – FOTO
Azərbaycan Dövlət İqtisad Universitetinə (UNEC) yeni sözçü təyin olunub.
AzNews.az “Report”-a istinadən xəbər verir ki, UNEC-in İctimaiyyətlə Əlaqələr şöbəsinin müdiri vəzifəsi jurnalist Cavid Xəlilova tapşırılıb. Xatırladaq ki, C.Xəlilov bundan əvvəl Səhiyyə Nazirliyində mətbuat xidmətinin əməkdaşı, “Exo” qəzetinin müxbiri olub. Qeyd edək ki, indiyədək UNEC-in İctimaiyyətlə Əlaqələr şöbəsinə Vüsalə Məmmədova rəhbərlik edib.
AzNews.az