- Köhnə - Cəmiyyət
- 11 Sentyabr 2018 09:10
- 7 555
Avtobusların hərəkət sxemi dəyişdi - Marşrut xətlərindən biri üzrə
7B nömrəli müntəzəm marşrut xətti üzrə avtobusların hərəkət sxemində dəyişiklik edilib.
AzNews.az “Report”-a istinadən xəbər verir ki, bu barədə Bakı Nəqliyyat Agentliyinin açıqlamasında bildirilir.
Məlumatda həmçinin deyilir ki, dəyişikliyə əsasən bu xətt üzrə avtobuslar Yeni Yasamal parkından-Koroğlu Nəqliyyat Mübadilə Mərkəzinədək hərəkət edəcək. Hazırda 7B nömrəli marşrut xətti üzrə avtobuslar test ejimində yeni sxem üzrə hərəkət edir.
AzNews.az