- Köhnə - Cəmiyyət
- 11 Sentyabr 2018 12:52
- 5 366
Baş həkimin müavin idarə rəisi təyin edildi
Bakı Şəhər Baş Səhiyyə İdarəsinin rəisi dəyişdirilib.
AzNews.az Report-a istinadən xəbər verir ki, 2012-ci ildən İdarənin rəisi vəzifəsində çalışan Elmira Əliyeva sentyabrın 4-də öz xahişi ilə tutduğu vəzifədən azad olunub.
Səhiyyə Nazirliyinin Mətbuat xidmətinin rəhbəri Pərviz Abubəkirov faktı təsdiqləyərək bildirib ki, bu vəzifəyə Merli Veyisova təyin edilib.
M.Veyisova bu təyinata qədər 5 saylı poliklinikada baş həkimin müavini vəzifəsində çalışıb.
Qeyd edək ki, Elmira Əliyevanın işdən azad olunması ilə bağlı xəbəri ilk olaraq open.az saytı yayıb.