- Köhnə - Cəmiyyət
- 11 Sentyabr 2018 13:43
- 6 539
Hava yağıntılı və küləkli olacaq - Sinoptiklərdən xəbərdarlıq
Sinoptiklər ölkə ərazisində yağıntılı və küləkli hava şəraiti ilə bağlı xəbərdalıq ediblər.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən AzNews.az-a bildiriblər ki, sentyabrın 12-dən 13-ü səhərədək Bakıda və Abşeron yarımadasında şimal-qərb küləyinin əsəcəyi, arabir güclənəcəyi gözlənilir.
Xəbərdarlığa əsasən, sentyabrın 12-də bəzi şimal və qərb rayonlarında arabir yağış yağacağı proqnozlaşdırılır. Yağışın intensiv olacağı bildirilir. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.