- Köhnə - Cəmiyyət
- 12 Sentyabr 2018 09:30
- 7 757
Milli Arxiv İdarəsinin kollegiyasının yeni tərkibi təsdiq olundu
Milli Arxiv İdarəsinin kollegiyasının tərkibi haqqında qərara dəyişiklik edilib
AzNews.az Trend-ə istinadən xəbər verir ki, bu barədə qərarı Baş nazir Novruz Məmmədovun imzalayıb.
Dəyişikliyə əsasən, Milli Arxiv İdarəsinin kollegiya üzvlərinin sayı 7 nəfərdən ibarət müəyyən edilib və aşağıdakı tərkibdə təsdiq olunub:
Kollegiyanın sədri
Azərbaycan Respublikası Milli Arxiv İdarəsinin rəisi
Kollegiyanın üzvləri:
Azərbaycan Respublikası Milli Arxiv İdarəsinin rəisinin müavini
Naxçıvan Muxtar Respublikası Dövlət Arxiv İdarəsinin rəisi
Azərbaycan Respublikası Milli Arxiv İdarəsinin təşkilat-metodika və beynəlxalq əlaqələr şöbəsinin müdiri
Azərbaycan Respublikası Milli Arxiv İdarəsinin komplektləşdirmə, idarə arxivləri və kargüzarlıq şöbəsinin müdiri
Azərbaycan Respublikası Dövlət Arxivinin direktoru
Azərbaycan Respublikası Dövlət Kino-Foto Sənədləri Arxivinin direktoru
AzNews.az