“Gömrük islahatları və modernləşdirmə” mövzusunda təlim davam edir

Dövlət Gömrük Komitəsinin kütləvi informasiya vasitələrinin nümayəndələri üçün təşkil etdiyi “Gömrük islahatları və modernləşdirmə” mövzusunda təlim davam edir.

DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən Musavat.com-a verilən məlumata görə, Qusar rayonu ərazisindəki “Şahdağ” otelində keçirilən təlimdə bu gün Dövlət Gömrük Komitəsi Gömrük Nəzarətinin Təşkili və Ticarətin Asanlaşdırılması Baş İdarəsinin əməkdaşları - Gömrük prosedurlarının idarə olunması şöbəsinin rəisi Elçin Rüstəmov, Tranzit əməliyyatları şöbəsinin rəisi Fərid Vəliyev və Xarici ticarət iştirakçıları ilə iş şöbəsinin rəisi Mahmud Nuriyev təqdimatlarla çıxış ediblər.

Təlim iştirakçıları “Mallaraın gömrük ərazisinə gətirilməsi və aparılması; nəqliyyat vasitələrinin və şəxslərin gömrük ərazisinə daxil olması və bu ərazidən yola düşməsi”, “Yaşıl dəhliz” və digər buraxılış sistemləri”, “Ticarətin asanlaşdırılması üzrə gömrük nəzarətində yeniliklər”, “Sərnişinlər üçün nəzərdə tutulan “Yaşıl dəhliz” və “Qırmızı dəhliz” buraxılış sistemləri”, “Gömrük orqanlarının başqa şəxslərlə münasibətləri; gömrük təmsilçiliyi, gömrük daşıyıcısı, səlahiyyətli iqtisadi operator institutu” mövzularında bilgiləndirilib.

Günün ikinci yarısında isə təlim iştirakçıları Dövlət Gömrük Komitəsi Şimal Ərazi Baş Gömrük İdarəsinin Rusiya Federasiyası ilə sərhəddə yerləşən “Samur” gömrük postuna səfəri təşkil olunacaq və media nümayəndələrinə əldə etdikləri bilikləri praktikada tətbiq etmək imkanı yaradılacaq.

Xatırladaq ki, sentyabrın 25-də başlayan tədbir ayın 29-dək davam edəcək. (musavat.com)

AzNews.az

image description