- Köhnə - Cəmiyyət
- 27 Sentyabr 2018 10:23
- 8 686
Dünyanın ən yaxşı universitetləri – Siyahıda Azərbaycandan bir ali məktəb var
Ali Təhsilin Qiymətləndirilməsi Qurumu (“QS World University Rankings”) 77 ölkə üzrə dünyanın ən yaxşı 1258 universitetinin ən yeni siyahısını açıqlayıb.
AzNews.az “Euronews”a istinadən məlumat verir ki, "Times Higher Education" reytinqində liderliyi Britaniyanın Oksford Universiteti edir.
Ölkənin ən məşhur universitetlərindən olan Kembric isə Oksfordun yanında yer alaraq, 2-ci sıradadır.
Qeyd edək ki, “QS World University Rankings 2019” beynəlxalq statistik siyahıda Azərbaycanı yeganə olaraq, Bakı Dövlət Universiteti təmsil edir.
Nurlan AĞA
AzNews.az