Üzvlərimizin həbsi NİDA-nı zəiflətmir və təşkilata yeni qoşulanların sayı günbəgün artır Üzvlərimizin həbsi NİDA-nı zəiflətmir və təşkilata yeni qoşulanların sayı günbəgün artır

Təşkilat üzvlərinin həbsi ilə bağlı bəyanat yaydı

Üzvlərimizin həbsi NİDA-nı zəiflətmir və təşkilata yeni qoşulanların sayı günbəgün artır


"Qafqazinfo" xəbər verir ki, təşkilat üzvlərinin həbsi ilə bağlı bəyanat yayıb. Belə ki, 1 aprel tarixində hərəkatın layihələr üzrə koordinatoru Zaur Qurbanlı da həbs olundu. Zaur Qurbanlı Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsinə, daha sonra Nəsimi rayon Məhkəməsinə aparılmış, ona qarşı AR CM-nin 228.3-cü (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirmə mütəşəkkil dəstə tərəfindən törədildikdə) maddəsi ilə ittiham irəli sürülmüşdür. Onun haqqında 3 aylıq həbs-qətiimkan tədbiri seçilmişdir.

NİDA Vətəndaş Hərəkatı olaraq bizə qarşı yönəlmiş repressiya siyasətinin son bir neçə gün ərzində daha da şiddətlənməsini açıq hücum kimi qiymətləndiririk. Bəyan edirik ki, baş verənlər NİDA-nı məhv etməyə hesablanmışdır və ümumilikdə gənclik hərəkatının etirazlarını boğmaq cəhdidir. Üzvlərimizin şərlənərək həbs olunduğunu, onlara qarşı irəli sürülən ittihamların tamamilə əsassız olduğunu bildirir və gənclərin həbsinə son qoyulmasını tələb edirik. Üzvlərimizin həbsi NİDA-nı zəiflətmir və təşkilata yeni qoşulanların sayı günbəgün artır. Cəmiyyətin müxtəlif zümrələrindən olanlar, xüsusilə də gənclər NİDA-dan dəstəyini əsirgəmir. Bizi bir təşkilat olaraq de-montaj etmək istəyənlər arzularına çata bilməyəcəklər. Ölkənin demokratikləşməsi uğrunda mübarizəmiz davam edəcək. Hakimiyyət açıq şəkildə bizə qarşı düşmənçilik siyasəti yürüdür. Həbslər isə bizim əzmimizi qıra bilməyəcək və NİDA ölkənin etirazçı gəncliyinin avanqardı olaraq qalacaq.

Qeyd edək ki, hazırda NİDA Vətəndaş Hərəkatının 7 üzvü – Məmməd Əzizov, Bəxtiyar Quliyev, Şahin Novruzlu, Rəşad Həsənov, Rəşadət Axundov, Üzeyir Məmmədli və Zaur Qurbanlı qanunsuz olaraq həbsdədirlər.

AzNews.az