Yaşar Cəfərli: “Bunu ya Müdafiə Nazirliyindən kimsə edib, yaxud da...” Yaşar Cəfərli: “Bunu ya Müdafiə Nazirliyindən kimsə edib, yaxud da...”

Hərbi eksperti Müdafiə Nazirliyi döydürüb?

Yaşar Cəfərli: “Bunu ya Müdafiə Nazirliyindən kimsə edib, yaxud da...”



Hərbi ekspert Yaşar Cəfərli dünən axşam saat 10 radələrində evinə qayıdarkən hücuma məruz qalıb. Yaşadığı binanın yaxınlığındakı işıqlandırılmayan ərazidə qarşısına çıxan 2 nəfər ona baş nahiyələrindən ciddi zərbələr endirərək ağır xəsarətlər yetirib.

Aznews.az-a açıqlamasında Yaşar Cəfərli müdafiə olunduğunu və ətrafdan kömək istəməyə fürsət tapdığını deyib. Bundan sonra isə özlərini itirən hücum edənlər qaçmağa cəhd göstərib. Qonşuların köməkliyi ilə onlardan biri yaxalanaraq 29-cu polis bölməsinə təhvil verilib: "Artıq 29-cu polis bölməsində olmuşam və hadisə ilə bağlı ifadə vermişəm. İndi isə tibbi ekspertizadayam".

Yaşar Cəfərlini döyənlər ona hər hansı mesaj çatdırmasa da, hərbi ekspert bu hücümün bütün hallahda Müdafiə Nazirliyi ilə bağlı olduğuna inanır: "Bu ciddi məsələdir. Obyektiv olmaq istəyirəm. Ona görə də iki ehtimal düşünürəm. Ya Müdafiə Nazirliyindən kimsə ola bilər, ya da kimsə hadisəni törədib ki, Müdafiə Nazirliyinə qarşı şübhə yaratsın".

Y.Cəfərli hadisə ilə bağlı bu gün saat 2-də mətbuat konfransı keçirəcək.

Qeyd edək ki, Yaşar Cəfərli Müdafiə Naziri Səfər Əbiyevi ordunu düzgün idarə edə bilməmədə, vəzifə səlahiyyətlərindən sui istifadədə və digər məsələlərdə ittiham edir və bununla bağlı mətbuatda daim tənqidi çıxışlar edir.

Ruhiyyə
Aznews.az