Aprelin 2-də Abşeron rayonunun Kürdəxanı qəsəbəsində yaşayan Qədirov Qurbanhüseyn Zakir oğlunun sünnət edilərkən ölməsi barədə rayon prokurorluğuna daxil olmuş məlumat araşdırılıb. Respublikanın Baş Prokurorluğundan
Aznews.az-a daxil olan xəbərə görə, Q.Qədirovun son 10 gündə sidik ifraz edə bilməməsi, axırıncı 3 gündə isə səhhətinin daha da pisləşməsi səbəbindən valideynləri çıxış yolunu onun sünnət etdirilməsində görüb. Bu məqsədlə yaşadığı evə "dəllək" dəvət edərək onu sünnət etdirmiş, sonradan uşağın vəziyyəti pisləşərək 14 saylı Təcili Tibbi Yardım Stansiyasına aparsalar da, onun həyatını xilas etmək mümkün olmayıb.
Fakta görə rayon prokurorluğunda Cinayət Məcəlləsinin 124.1-ci (ehtiyatsızlıqdan adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, ölümün səbəblərinin müəyyənləşdirilməsi məqsədi ilə iş üzrə məhkəmə-tibb ekspertizası təyin edilib, zəruri istintaq işi aparılıb.
Hazırda cinayət işi üzrə istintaq davam etdirilir.
Ruhiyyə
AzNews.az