- Köhnə - Cəmiyyət
- 22 Aprel 2013 10:17
- 5 768
Xarici diplomların tanınmasında yeni sistem

Qeyd edək ki, yeni sistem nostrifikasiya prosesinin müasir tələblərə uyğun təşkili baxımından bir sıra üstün cəhətlərə malikdir. Belə ki, xarici diplomların tanınması və ekvivalentliyinin müəyyən edilməsi sistemi vətəndaşlar üçün geniş müraciət imkanları açır, şəffaflığa, subyektiv amillərin aradan qaldırılmasına xidmət edir.
Məlumat üçün onu da qeyd edək ki, Azərbaycan Respublikası 1997-ci ilin aprelindən "Avropa regionunda ali təhsil sahəsində ixtisasların tanınması haqqında Lissabon Konvensiyası"na imza atıb və 2000-ci ildən bu prosesin həyata keçirilməsi işi Təhsil Nazirliyinə həvalə olunub.
Elnarə Əlosmanqızı
AzNews.az