2024-cü ildə 206 insan alveri cinayəti qeydə alınıb

2024-cü ildə 206 insan alveri cinayəti qeydə alınıb.

Bu, İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun illik məlumatında öz əksini tapıb.

Sənəd parlamentin İnsan hüquqları, Hüquq siyasəti və dövlət quruculuğu komitələrinin birgə iclasında müzakirəyə çıxarılıb.

İllik məlumatda qeyd edilib ki, cinayətlərin 161-i cinsi istismar, 44-ü insan alveri məqsədi ilə sənədlərlə qanunsuz hərəkətlər, biri isə məcburi əməklə bağlı olub.

Həmin faktlar üzrə 15 cinayət işi başlanılaraq 16 şəxs (13 qadın, 3 kişi) təqsirləndirilən qismində cəlb edilib.

Hesabat dövründə ümumilikdə 13 cinayət işinin (6-ı ötən illərin) istintaqı tamamlanıb, 14 nəfər (11-i qadın, 3-ü kişi) məhkəmə məsuliyyətinə verilib, insan alverçilərinin 11-i haqqında ittihamedici hökmlər çıxarılıb.

Hesabat müddətində 14 nəfər məhkəməyə cəlb edilib.