Bayram Hüseynzadə təkzib etdi

Təhsil naziri Misir Mərdanov vəzifəsindən uzaqlaşdırıldıqdan sonra nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Bayram Hüseynzadənin də işdən çıxarıldığı barədə ard-arda informasiyalar yayılıb.

Daha bir xəbər isə Bayram Hüseynzadənin "Azərbaycan müəllimi" qəzetinin baş redaktorluğundan uzaqlaşdırılması ilə bağlı olub.

Bəzi KİV-lərin yazdığına görə, yeni təhsil naziri Mikayıl Cabbarov B.Hüseynzadəni "Azərbaycan müəllimi" qəzetinin rəhbərliyində görmək istəməyib.

Amma bu gün Modern.az saytına açıqlama verən Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Bayram Hüseynzadə özü haqqında yayılan bütün belə xəbərləri təkzib edərək, onları dezinformasiya adlandırıb:

"Mən "Azərbaycan müəllimi"qəzetinin baş redaktoruyam və Təhsil Nazirliyindəki vəzifəmdə də qalıram".

AzNews.az