- Köhnə - Cəmiyyət
- 30 Aprel 2013 14:17
- 2 867
“Başqa namizədlərin özünü göstərirlər, mənim isə inəklərimi” - ETİRAZ
Əhməd Oruc APA TV-ni sərt şəkildə tənqid etdi
Prezidentliyə namizəd, Azadlıq Partiyasının sədri Əhməd Oruc "Facebook" səhifəsində APA TV-nin barəsində çəkdiyi verilişdən hiddətini ifadə edib. AzNews.az-ın məlumatına görə, prezidentliyə namizəd bunun sifarişlə hazırlandığını yazıb :
"APA TV- də mənim inəklərimin tərəfdarı çıxdı. Başqa namizədlərin özünü göstərirlər, mənim isə inəklərimi. Qabaqlar jurnalistləri işə götürəndə bir neçə aylıq sınaq müddəti olurdu. İndi sınaq əvəzinə yurnalistləri müxalifət nümayəndələrinə qarşı tərbiyəsizlik testindən keçirilir. Bu testdən keçənlər hakimiyyətin çoxsaylı mətbuat orqanlarında tədricən təkmilləşir, irilənir, kökəlir, lap "istedadlıları" axırda deputat da olurlar.
Mənim inəklərim həm milli çıxarlar, həm əxlaq, həm də təqsirsizlik prezumpsayisı baxımından hakimiyyətin muzdlul jurnalistlərindən dəfələrlə üst mərtəbədədir. Aşağıdakılar, özünüzü gözləyin!".
Nazim
AzNews.az