Məmur övladları adamları hovuza salır - VİDEO

Bakıda avtomobil dayanacaqlarının azlığı və buna görə də bır sıra problemlərin yaranması paytaxtın aktual problemlərindəndir.

Bu problem yollarda tıxacların yaranmasından tutmuş, insanların hərəkətinin və istirahətinin çətinləşməsinə kimi özünü göstərir. Amma bəzən avtomobilləri zəruri olmadığı təqdirdə belə, piyadaların hərəkəti üçün nəzərdə tutulan yerlərdə və ya sakinlərin istirahət etdiyi ərazilərdə saxlayırlar. Elə sizə təqdim edəcəyimiz video da bunu göstərir.

Məlumat üçün deyək ki, görüntü keçmiş Şuşa kinoteatrının arxasındakı Parkda çəkilib. Bura uşaqların oynaması üçün nəzərdə tutulan hissədir. Amma həmin hissə hansısa məmur övladlarının bahalı avtomobillərinin dayanacağına çevrilib. Uşaqlar da yer tapmayıb, suyu çəkilmiş hovuzun içərisində oynamağa məcbur olublar.

Bəlkə piyadalar üçün yol da, yaşlı nəslin istirahəti üçün yerlə də belə hovuzların içərisində yerləşdirilsin?

Mahir Hüseynbəyli
AzNews.az