Xarici işlər naziri Hindistana səfər etdi

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun başçılıq etdiyi nümayəndə heyətinin Hindistana rəsmi səfəri başlayıb.

AzNews.az-ın AzərTac-a istinadən verdiyi xəbərə görə, səfər çərçivəsində bir sıra görüşlərin keçirilməsi nəzərdə tutulub.

Görüşlərdə ikitərəfli münasibətlərin inkişafına dair məsələlər müzakirə ediləcək.

AzNews.az