İsrail Tehrana yeni hücum dalğası başladıb

İsrailin Hərbi Hava Qüvvələri İran paytaxtına yeni hücum dalğası başladıb.

Bu barədə İsrail Ordusunun Mətbuat xidməti məlumat yayıb.

Bəyanatda hücumların Tehrandakı düşmən obyektlərini hədəf aldığı qeyd olunub.

Bu fonda İrandan elektrik enerjisinin kəsintiləri barədə məlumatlar yayılır. "Fars" xəbər agentliyinin məlumatına görə, Tehran yaxınlığında yerləşən Kərəc şəhərində, eləcə də İran paytaxtının bir neçə rayonunda elektrik enerjisinin kəsintiləri qeydə alınıb.

Xatırladaq ki, ABŞ və İsrailin 28 fevralda İrana qarşı birgə əməliyyata başlayıb. İran buna cavab olaraq İsrail ərazisinə raketlər buraxıb. Bundan əlavə, İran qüvvələri ABŞ-nin Fars körfəzi ölkələrində yerləşən hərbi bazalarına hücum edib. Yaxın Şərqdəki vəziyyətlə əlaqədar regionun bəzi ölkələri hava məkanını müvəqqəti bağlayıb. Həmin gün İranın ali dini rəhbəri Əli Xamenei ABŞ və İsrailin hücumları nəticəsində öldürülüb.

Aznews.az