Gülər Əhmədovanın vəkilləri arasında “müharibə”

“O, məndən imtina ərizəsini o biri vəkilin coxsaylı xahislərindən sonra yazıb”

Keçmiş millət vəkili, adı ABU-nun keçmiş rektoru Elşad Abdullayevlə video qalmaqalında hallandırılan Gülər Əhmədovanın vəkilləri arasında mübarizə başlayıb.

Vəkillərdən biri Eldar Qədimi müdafiədən kənarlaşdırılmasını digər vəkil Rafiq Mustafayevlə əlaqələndirib. E.Qədimi AzNews.az-a bildirib ki, Gülər Əhmədovanın onun müdafiəsindən imtina etməsi R. Mustafayevin çoxsaylı xahişləri nəticəsində baş tutub:

"Gülər xanım mənim müdafiəmdən imtina etməsiylə bağlı ərizəni o biri vəkilin coxsaylı xahisləri nəticəsində yazmağa məcbur olub".

Qeyd edək ki, R. Mustafayev də öz növbəsində E. Qədimini G. Əhmədovanın müdafiəsi ilə bağlı heç bir iş görməməkdə və hətta G. Əhmədovanın xahişlərinə baxmayaraq onunla görüşməkdən imtina etməkdə günahlandırıb.

Elnarə Əlosmanqızı
AzNews.az