Milli Televiziya və Radio Şurası (MTRŞ) ölkə prezidenti tərəfindən milli serialların çəkilməsi üçün ayrılan 6 mln. manat vəsaitin necə bölünəcəyinə aydınlıq gətirib Milli Televiziya və Radio Şurası (MTRŞ) ölkə prezidenti tərəfindən milli serialların çəkilməsi üçün ayrılan 6 mln. manat vəsaitin necə bölünəcəyinə aydınlıq gətirib

“6 mln. manat telekanallara və prodakşnlara veriləcək“

Milli Televiziya və Radio Şurası (MTRŞ) ölkə prezidenti tərəfindən milli serialların çəkilməsi üçün ayrılan 6 mln. manat vəsaitin necə bölünəcəyinə aydınlıq gətirib



Şuranın sədri Nuşirəvan Məhərrəmli APA-ya açıqlamasında deyib ki, dünən bununla bağlı Prezident Administrasiyasının ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənovun iştirakı ilə telekanal rəhbərləri ilə müzakirələr aparılıb: "Görüşdə bir neçə variant müzakirə olunub. Birinci variant telekanalların özlərinə serial çəkilməsi üçün vəsaitin ayrılması, ikinci variant telekanallara və prodakşnlara bir yerdə vəsaitin ayrılması, üçüncü variant isə prodakşnlara ayrılıqda vəsaitin ayrılmasını nəzərdə tutur. Fikirləşdik ki, qarışıq metoddan istifadə edilsin, vəsait telekanallar və prodakşnlara ayrılsın. Bu dəfə bu proses əvvəlki dövrdən fərqli olaraq daha ciddi şəkildə həyata keçiriləcək və tələskənliyə yol verilməyəcək".

Şura sədri deyib ki, müzakirələr hələ tam bitməyib və mayın ikinci yarısında kino prodakşn şirkətlərinin rəhbərləri ilə də görüş keçiriləcək: "Onların da sayı kifayət qədərdir. Artıq 35-dən çox prodakşn tərəfindən Şuraya müraciət olunub. Son qərar onlarla aparılan müzakirələrdən sonra veriləcək".

AzNews.az