Televiziyaların fəaliyyəti, hansı proqramların verilməsi, onların Azərbaycan ictimaiyyəti üçün əhəmiyyəti haqqında jurnalistlər daim yazır, müxtəlif ictimai-siyasi xadimlərdən münasibət öyrənirlər. Televiziyaların fəaliyyəti, hansı proqramların verilməsi, onların Azərbaycan ictimaiyyəti üçün əhəmiyyəti haqqında jurnalistlər daim yazır, müxtəlif ictimai-siyasi xadimlərdən münasibət öyrənirlər.

Jurnalistlər hansı telekanalları izləyirlər?- Sorğu

Televiziyaların fəaliyyəti, hansı proqramların verilməsi, onların Azərbaycan ictimaiyyəti üçün əhəmiyyəti haqqında jurnalistlər daim yazır, müxtəlif ictimai-siyasi xadimlərdən münasibət öyrənirlər.




Bəs jurnalistlərin özləri Azərbaycan teleməkanında hansı kanallara baxır, hansı verilişləri izləyirlər? Modern.az bununla bağlı sorğu keçirib.

"Kaspi" qəzetinin əməkdaşı Rufik İsmayılov bildirib ki, o, işi ilə əlaqədar olaraq bütün informasiyaları internet üzərindən əldə edir.
"Maraq dairəmə daxil olacaq bütün məlumatlar xəbər portallarında, informasiya agentliklərində olur. Yəni, televiziya indiki zamanda informasiya çatdırmaq baxımından agentliklərə, xəbər saytlarına, sosial şəbəkələrə uduzduğundan, təkrar həmin informasiyanı televiziyada izləməyə heç bir marağım qalmır.
Xüsusən də nəzərə alsaq ki, Azərbaycanın efir məkanında böyük əksəriyyət verilişlər hansısa xarici televiziya kanalında gedən analoji verilişin nüsxəsidir, bu, ümumiyyətlə cəzbedici görünmür. Üstəlik, həmin verilişlər əksəriyyət hallarda Azərbaycan cəmiyyətinə də uyğunlaşdırılmır. Məhz bu kimi səbəblərdən, işdən evə gedərkən ümumiyyətlə televizora baxmıram. Eləcə də səhər işə gələrkən televizora baxmıram. Çünki orada mənim üçün maraqlı nəsə tapmıram".

Azərbaycan kanalları "Gündəlik Teleqraf" qəzetinin əməkdaşı Taleh Şahsuvarlının o qədər də diqqətini çəkmir. Lakin o, çox nadir hallarda ANS-ə və İTV-yə baxdığını deyib. "Səbəb odur ki, televiziyaların hazırladığı xəbər, maarifləndirici, əyləncə və digər məzmunlu verilişlər çox maraqsızdır. İnsanların dünyagörüşünü genişləndirmək əvəzinə, beynini qurutmaqla məşğuldurlar".

"Qafqazinfo" saytının əməkdaşı Nigar Məmmədli Azərbaycan televiziyalarına baxmadığını deyir. Amma o, da bir çoxlarının sevimli verilişi olan "Səni axtarıram"ı diqqətlə izləyir.
"Bu verilişin sosial əhəmiyyəti olduqca böyükdür. Telekanallardakı digər hay-küylü verilişlərdən fərqli olaraq burada nəticə var. Hərdən kanalları çevirəndə "Mədəniyyət" kanalına da baxıram. Burada Azərbaycan mədəniyyətinə dair publisistik verilişlər və ya muğam konsertləri olur ki, vaxtım olanda bunları da dinləyirəm və ya izləyirəm".

"Lent.az" saytının əməkdaşı Anar Məcidzadə demək olar ki, bütün telekanalları eyni səviyyədə izləyir. Həmkarlarından fərqli olaraq o, bütün telekanallara baxır. "Televiziyaların xəbərlər proqramlarını, ATV kanalından "Səni axtarıram" verilişinə, "Bacanaqlar" serialına, ANS-dən "İç xəbər" proqramını, bundan əlavə AzTV-dəki kino verilişlərini və "Mən Azərbaycanlıyam" intellektual oyununu izləyirəm".

"Publika.az" saytının əməkdaşı Vasif Həsənli vaxtı olanda ancaq xəbərlərə baxır. "Bütün informasiyaları internetdən əldə edirəm. İctimai-siyasi proqramlar, teledebatlar olanda baxıram. Amma ən çox belə verilişləri "Xəzər" TV-də izləyirəm".

"New Baku Post" qəzetinin əməkdaşı Fərəh Sabirıqızı bildirib ki, o, davamlı olaraq heç bir kanala baxmır. "Bəzən kanalları çevirəndə hansısa proqram qabağıma çıxır, amma izləməyə səbrim çatmır. Çünki hamısında eyni simalar, eyni şou adamları olur. Eyni səyyah, mətbəx proqramları, eyni qonaqlar, insanların talelərini oyuncağa çevirən şoular və s. Yerli kanallarda əsasən xəbərləri izləyirəm. Amma xəbərlərdə də xüsusi önəm verdiyim bir televiziya yoxdur".

APA İnformasiya Agentliyinin əməkdaşı Kəmalə Quliyeva
vurğulayıb ki, onun televizora baxmağa vaxtı yoxdur. Bundan əlavə o, hesab edir ki, Azərbaycan telekanallarında baxılası verilişlər demək olar ki, azdır. "Ancaq gündəlik işimlə əlaqədar olaraq xəbərləri izləyirəm".

"Trend" İnformasiya Agentliyinin əməkdaşı İlhamə İsabalayeva da ən çox xəbərlərə baxır. "Əsasən ATV-nin xəbərləriniz izləyirəm. Orada sədr dəyişiləndən sonra "Xəbərlər" proqramı daha yaxşı və maraqlı olub".

AzNews.az