“Məscid hələ də əqidə qardaşlarımızın üzünə bağlıdır” “Məscid hələ də əqidə qardaşlarımızın üzünə bağlıdır”

Vəhabi məscidinin axundu: "Qorxuram"

“Məscid hələ də əqidə qardaşlarımızın üzünə bağlıdır”



"Əbu Bəkr məscidi ilə bağlı istintaq başa çatsa və günahkarlar cəzalandırılsa da, hələ məscid əqidə qardaşlarımızın üzünə bağlıdır. Çox məhdud sayda insana məsciddə ibadət etməyə imkan verirlər. Mən namazı həmişə məsciddə qalıram. Amma başqaları bundan məhrumdur".

Bu sözləri AzNews.az-a Nərimanov rayonunda yerləşən və əhali arasında vəhhabi məscidi kimi tanınan "Əbu Bəkr"inin axundu Qamət Süleymanov deyib.

"Paytaxtın digər məscidlərində namaz qılanların 90 faizi bizim əqidə qardaşlarımızdır" deyən Qamət Süleymanov onlar barədə vəhhabi ifadəsinin işlədilməsi ilə razılaşmayıb: "Mən əqidə qardaşlarım dedikdə Nərimanov rayon dini icmasını nəzərdə tuturam".

Dindarlarla görüşlərə çox maraq göstərmədiyini deyən Q. Süleymanov bunun səbəbini belə açıqlayıb: "Qorxuram. İstəmirəm ki, insanlara problem yaratsınlar. Bir dəfə Gəncəyə getdim, məscidi bağladılar. Sonra da kitabxanaya çevirdilər. Hazırda da həmin məscid kitabxanadır. İstəmirəm ki, mənim adımdan istifadə edib kimisə incitsinlər".

Xatirə
AzNews.az