TQDK-dan xəbərdarlıq

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası bu il orta məktəbin 9 və 11-ci siniflərini bitirəcək şagirdlərə müraciət edib.

AzNews.az-ın məlumatına görə, 2013-cü il iyun ayının 2-də və 7-də buraxılış imtahanı verəcək orta ümumtəhsil müəssisələrinin IX və XI sinif şagirdlərinin imtahana buraxılış vərəqələri TQDK-nın rəsmi saytında (http://tqdk.gov.az/brxvbi/) yerləşdirilib.

Qurumun yaydığı məlumatda deyilir ki, şagirdlər iş nömrəsi və ya şəxsiyyət vəsiqəsinin nömrəsindən və doğum tarixindən ( nümunə: 28/01/1993) istifadə etməklə imtahana buraxılış vərəqələrini çap edə bilərlər.

Təhsil müəssisələrinin əlaqələndiriciləri də istifadəçi ad və parolla öz şagirdlərinin imtahana buraxılış vərəqələrini çap edə bilərlər.

Anar
AzNews.az